• Bakı C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1527

Vərəm xəstəsi tam sağala bilərmi?

CƏMİYYƏT

11 Mart 2026 | 15:24

Vərəm xəstəsi tam sağala bilərmi?

"Vərəm vaxtında aşkar edilərək düzgün müalicə olunduqda tam sağalma mümkündür".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, vərəm düzgün diaqnoz qoyulduqda və müalicə kursu sona qədər davam etdirildikdə tam sağalan xəstəliklər sırasına daxildir. Bu səbəbdən xəstələrin vaxtında həkimə müraciət etməsi və mütəxəssis seçiminə diqqət yetirməsi vacibdir:

"Vərəm xəstəliyinin müalicəsi ilə fiziatr adlanan ixtisaslaşmış həkimlər məşğul olur. Bu mütəxəssislər müasir protokolları, diaqnostika və müalicə üsullarını yaxşı bilir və xəstəliyi digər infeksion xəstəliklərdən düzgün ayırd edə bilirlər".

Direktor qeyd edib ki, xəstə düzgün müayinə olunarsa, uyğun müalicə təyin edilərsə və müalicə kursu yarımçıq saxlanmadan sona qədər davam etdirilərsə, xəstə tam sağala bilər.

İ.Axundova qeyd edib ki, bir müddət sonra həmin şəxs normal həyatına qayıdır və hətta bir vaxtlar vərəm xəstəsi olduğunu belə xatırlamır.

Dediyinə görə, cəmiyyətdə vərəmə qarşı düzgün yanaşma formalaşdırılmalıdır və bu xəstəliyə stigmatizasiya ilə deyil, tibbi problem kimi yanaşmaq lazımdır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR