• Bakı C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1527

Vərəm haqqında ən yayılmış miflər - Həkim AÇIQLADI

CƏMİYYƏT

11 Mart 2026 | 15:29

Vərəm haqqında ən yayılmış miflər - Həkim AÇIQLADI

"Vərəm xəstəliyi ilə bağlı bir çox yanlış düşüncələr mövcuddur, lakin onlar tibbi həqiqətlərlə üst-üstə düşmür".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, ən geniş yayılan miflərdən biri odur ki, vərəm xəstəsi sağalmayacaq və cəmiyyət onu qəbul etməyəcək. İradə Axundova bildirib ki, bu doğru deyil - düzgün müayinə və müalicə kursunu sona qədər davam etdirən xəstə tam sağalır və normal həyatına, işinə qayıda bilər.

Direktora görə, digər bir mif odur ki, vərəm xəstəsi dərman qəbul etmədən xüsusi qidalar, bitkilər və ya digər üsullarla sağala bilər. Bu isə xəstəliyi daha da ağırlaşdırır və müalicəsi çətin olan formaya gətirə bilər.

İ.Axundova əlavə edib ki, üçüncü bir yanlış fikir də var ki, vərəm xəstəsi başqalarına yoluxdura bilməz. O vurğulayıb ki, aktiv vərəm xəstəsi mikobakteriyanı ifraz edir, lakin düzgün müalicə nəticəsində iki-üç həftə ərzində yoluxma riski aradan qalxır və artıq ailə və cəmiyyət üçün təhlükə yaratmır:

"Xəstələr öz sağlamlıqlarına diqqət yetirməli və müalicə kursunu sona qədər davam etdirməlidirlər ki, həm sağalsınlar, həm də başqalarına yoluxma riskini minimuma endirsinlər".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR