• Bakı C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1527

XƏBƏRDARLIQ: Bu xəstələr spirtli içki içməməlidir

CƏMİYYƏT

11 Mart 2026 | 15:25

XƏBƏRDARLIQ: Bu xəstələr spirtli içki içməməlidir

"Vərəm xəstələrinin dərman müalicəsi ilə yanaşı qidalanma və həyat tərzi də sağalma prosesinə birbaşa təsir edir".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, vərəm xəstələrinin iştahı azalır və çəki itirir, bu da orqanizmdə infeksiyanın yaratdığı intoksikasiyanın göstəricisidir. Buna görə də dərman müalicəsi ilə yanaşı düzgün qidalanma da vacibdir.

İradə Axundova bildirib ki, qidalanmada zülallı və kifayət qədər kalorili yeməklər, tərəvəz və meyvələr, həmçinin yetərli maye qəbulu önəmlidir. Bu, xəstənin immun sistemini gücləndirir və müalicənin effektivliyini artırır.

Direktor əlavə edib ki, yağlı qidaların həddindən artıq qəbulu qaraciyərə zərər verə bilər, spirtli içkilər və siqaret isə dərmanlarla paralel mənfi təsir göstərir. Ona görə də xəstələrdən bu vərdişlərdən uzaq durmaq tövsiyə olunur:

"Qidalanma və həyat tərzinin düzgün təşkili müalicənin uğurlu nəticəsini birbaşa artırır və sağalmanı sürətləndirir".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR