q
  • Bakı 14° C

    8.43 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

72 ölkədən Azərbaycana ümumilikdə2 225nəfər təxliyə olunub - YENİLƏNİB

CƏMİYYƏT

11 Mart 2026 | 15:36

72 ölkədən Azərbaycana ümumilikdə 2 225 nəfər təxliyə olunub - YENİLƏNİB

İrandan fevralın 28-i saat saat 08:00-dan martın 11-i saat 14:00-dək Azərbaycana 72 ölkənin 2 225 vətəndaşı təxliyə olunub.

Bakıvaxtı.az xəbər verir ki, təxliyə olunanların 394 nəfəri Azərbaycan vətəndaşıdır.

Eyni zamanda Çindən 674, Rusiyadan 293, Tacikistandan 174, Pakistandan 140, Omandan 57, İtaliyadan 44, İndoneziyadan 32, İrandan 29, İspaniyadan 26, Əlcəzair 25, Səudiyyə Ərəbistandan 18, Yaponiyadan 17, Fransa və Almaniyadan hərəsindən 16, Gürcüstandan 13, Özbəkistan, Macarıstan və Polşadan hərəsindən 12, Meksikadan 11, Nigeriya, Belarus, Bolqarıstan və Konqo Demokratik Respublikasıdan hərəsindən 10 vətəndaş Azərbaycana təxliyə edilib.

Bundan başqa, təxliyə edilənlər arasında Böyük Britaniyadan və Kanadadan 9, Braziliyadan və Qazaxıstandan 8, BƏƏ-dən, Slovakiyadan, Belçikadan və Rumıniyadan hərəsindən 6, Serbiyadan, İsveçrədən, Çexiyadan, Əfqanıstandan, Avstriyadan və Hindistandan hərəsindən 5, İordaniyadan, Banqladeşdən, Türkiyədən, Ukraynadan, Şri-Lankadan, Küveytdən, Bəhreyndən, ABŞ-dən, Finlandiyadan və Niderlanddan hərəsindən 4, Qətərdən, Filippindən, Xorvatiyadan, Avstarliyadan və Danimarkadan 3, Nepaldan, Livandan, Yəməndan, Qırğızıstandan, İsveçdən, Sudandan, Kiprdən və Sloveniyadan hərəsindən 2 vətəndaş var.

İrandan Azərbaycana Tunisdən, Cənubi Afrika Respublikasından, Maldiv Adalarından, Myanmadan, Kubadan, Vatikandan, Argentinadan, Bosniya və Herseqovinadan, Latviyadan, Misirdən və Belizdən hərəsindən 1 vətəndaş təxliyə olunub.

***

11:25

Fevralın 28-i saat 8:00-dan martın 11-i saat 10:00-dək İrandan Azərbaycana 72 ölkədən ümumilikdə 2 168 nəfər təxliyə olunub.

Bakıvaxtı.az xəbər verir ki, təxliyə olunanların 383 nəfəri Azərbaycan vətəndaşıdır.


SON XƏBƏRLƏR

17 Aprel 2026