• Bakı C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1527

Vərəm xəstəliyinin erkən diaqnozu necə qoyulur?

CƏMİYYƏT

11 Mart 2026 | 15:17

Vərəm xəstəliyinin erkən diaqnozu necə qoyulur?

"Vərəm xəstəliyinin erkən aşkarlanması üçün skrininq testləri mühüm rol oynayır".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, diaskin test birbaşa xəstəliyi deyil, vərəm infeksiyasına yoluxmanı müəyyən edən skrininq üsuludur. Bu test xüsusilə profilaktik məqsədlə tətbiq olunur və əsasən uşaqlar arasında aparılır.

İradə Axundova bildirib ki, skrininqin məqsədi xəstəliyin əlamətləri yaranmamışdan əvvəl infeksiyanın olub-olmadığını müəyyən etməkdir. Bu üsul vasitəsilə vərəm xəstəliyi ilə təmasda olmuş şəxsləri erkən mərhələdə aşkar etmək mümkün olur:

"Diaskin test müsbət olduqda bu, həmin şəxsin mütləq vərəm xəstəsi olması demək deyil. Belə hallarda əlavə müayinələr aparılır və xəstəliyin olub-olmadığı dəqiqləşdirilir".

Onun sözlərinə görə, əgər müayinələr nəticəsində aktiv xəstəlik təsdiqlənməzsə, həmin şəxslərə profilaktik tədbirlər və profilaktik müalicə təyin edilir. Bu isə gələcəkdə vərəm xəstəliyinin inkişafının qarşısını almağa kömək edir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR