• Bakı C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1527

Vərəmə ikinci dəfə yoluxmaq MÜMKÜNDÜR

CƏMİYYƏT

11 Mart 2026 | 15:35

Vərəmə ikinci dəfə yoluxmaq MÜMKÜNDÜR

"Tam sağalmış vərəm xəstələri cəmiyyətə qayıda bilər, lakin mütəmadi monitorinq tövsiyə olunur".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, vərəm xəstəsi müalicəsini uğurla başa vurduqda və monitorinq zamanı vərəm mikobakteriyası heç bir patoloji materialda aşkarlanmadıqda, xəstə tam sağalmış hesab olunur. Bu şəxs artıq cəmiyyət üçün təhlükəsizdir və başqalarına yoluxdurma riski yoxdur.

İ.Axundova əlavə edib ki, müalicəsini bitirmiş xəstələr üçün üç il ərzində altı aydan bir həkimə müraciət etmələri tövsiyə olunur. Bu, xəstəliyin təkrar qayıtma riskini erkən mərhələdə aşkar etmək üçün vacibdir, çünki vərəm infeksiyasına qarşı ömür boyu immunitet yaranmır:

"Xəstələr şikayətləri olduqda dərhal ailə həkiminə və ya müalicəni aparan mütəxəssisə müraciət etməli, şikayət olmadıqda isə profilaktik müayinələr üçün altı ayda bir kontrola gəlməlidirlər".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR