ABŞ prezidenti Donald Tramp HAMAS-a şəxsən zəmanət verib ki, ABŞ İsrailin atəşkəs razılaşmasını pozmasına imkan verməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Axios” nəşrində qeyd olunub.
Bildirilib ki, Trampın bu zəmanəti HAMAS-ı razılaşmanı qəbul etməyə sövq edib.
Qeyd edək ki, İsrail və HAMAS arasında atəşkəs rejimi başlayıb.
Fələstinlilər artıq Qəzzaya qayıtmağa başlayıb.