• Bakı 17° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Paşinyan: Azərabaycan və Ermənistan bir-birinin siyasi müstəqilliyini tanıyır

SİYASƏT

10 Oktyabr 2025 | 15:32

Paşinyan: Azərabaycan və Ermənistan bir-birinin siyasi müstəqilliyini tanıyır

"Vaşinqton sammitindən əvvəl, hələ bu ilin martında Ermənistan və Azərbaycan "Sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş" layihəsini razılaşdırmağa və layihə üzrə danışıqları belə müsbət nəticə ilə yekunlaşdırmağa nail olublar".

Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən növbəti iclasında çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan  deyib.

Onun sözlərinə görə, bu sənəd həm də 1991-ci il Alma-Ata Bəyannaməsinə istinad edir:

"Ermənistan və Azərbaycan bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edir. Bu o deməkdir ki, hər iki ölkə Ermənistan Respublikasının ərazisinin Ermənistan Sovet Sosialist Respublikasının ərazisi ilə eyni olduğunu, Azərbaycan Respublikasının ərazisinin isə Azərbaycan SSR-in ərazisi ilə eyni olduğunu və bu ərazilərin daxil olduğu sərhədlərin toxunulmaz olduğunu tanıyır".

Gülşən Şərif


SON XƏBƏRLƏR