• Bakı 7° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

MDB ölkələrinin liderləri Düşənbədə 19 sənəd imzalayıb - YENİLƏNİB

SİYASƏT

10 Oktyabr 2025 | 14:35

MDB ölkələrinin liderləri Düşənbədə 19 sənəd imzalayıb - YENİLƏNİB

Tacikistanda keçirilən sammitin yekunları üzrə MDB ölkələrinin liderləri 19 sənəd imzalayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tacikistan KİV məlumat yayıb.

İmzalanan sənədlər sırasında - 2026-2028-ci illər üzrə MDB-yə üzv dövlətlərin terrorizm və ekstremizmə qarşı mübarizə sahəsində əməkdaşlıq Proqramı, 2026-2030-cu illər üzrə xarici sərhədlərdə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə Proqram, regional enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Bəyannamə və s. yer alır.

***

10:42

Düşənbədə MDB dövlət başçılarının sammiti başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, görüş foto çəkdirmə mərasimi ilə başlayıb.

Sammit qapalı formatda keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026