Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi (AİİM) tərəfindən “Süni və təbii zəka” debat görüşü təşkil olunub.
Bakıvaxtı.az xəbər verir ki, məqsəd sürətlə inkişaf edən süni zəka texnologiyalarının insan yaradıcılığına, düşüncə tərzinə və təbii zəkaya təsiri barədə geniş müzakirələrin təşkili olub.
“FutureBright” şirkətinin ölkə direktoru Könül Əliyevanın moderatorluğu ilə aparılan debatda spikerlər qismində yazıçı Aqşin Yenisey, dünya yaddaş çempionu Orxan İbadov və "İnnovasiyalar Mərkəzi" nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Nofəl Əliyev çıxış ediblər.
Müzakirələr zamanı süni zəkanın insan fəaliyyətində rolu, onun yaradıcı potensialı, təbii zəkadan fərqləri və gələcəkdə cəmiyyətə təsiri ətrafında fikir mübadiləsi aparılıb. Həm süni, həm də təbii zəka tərəfdarları arqumentlərini elmi faktlar, şəxsi təcrübələr və praktiki nümunələrlə əsaslandırıblar.
AİİM tərəfindən bu formatda daha çox müzakirələrin təşkili planlaşdırılır.