• Bakı 16° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

İbrahim Kalın: Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə inanırıq

DÜNYA

10 Oktyabr 2025 | 21:58

İbrahim Kalın: Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə inanırıq

Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə inanırıq.

Bakıvaxtı.az "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın "Beynəlxalq Kəşfiyyat Araşdırmaları Konqresi"nin açılışında deyib.

O bildirib ki, Türkiyə ən qaynar münaqişə bölgələrindən biri olan Rusiya-Ukrayna müharibəsində kritik rol oynayır: "Türkiyə olaraq bu müharibəni sona çatdırmaq üçün bütün tərəflərlə eyni vaxtda danışan və danışmağa davam edən bir ölkəyik. Bildiyiniz kimi, dövlət başçımızın Rusiya, Ukrayna Prezidenti və digər dövlətlərlə öz liderlik diplomatiyası ilə gərgin diplomatik fəaliyyəti nəticəsində son üç ayda İstanbulda üç görüş keçirilib. Uzun müddətdən sonra ilk dəfə olaraq Rusiya və Ukrayna nümayəndə heyətləri birbaşa danışıqlar aparmaq imkanı əldə etdilər. Türkiyə olaraq bu səylərə ev sahibliyi, vasitəçilik etməyə və yardımçı rol oynamağa davam edəcəyik. Biz inanırıq və inanmaq istəyirik ki, Rusiya-Ukrayna müharibəsi danışıqlar, dialoq və sülh yolu ilə həll oluna bilər".


SON XƏBƏRLƏR

10 Oktyabr 2025