• Bakı 13° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

KİV: Nyu-Yorkda Trampın Milli Qvardiyanı şəhərə yeritmək cəhdinin qarşısını almağa çalışırlar

DÜNYA

09 Noyabr 2025 | 18:58

KİV: Nyu-Yorkda Trampın Milli Qvardiyanı şəhərə yeritmək cəhdinin qarşısını almağa çalışırlar

Nyu-York ABŞ Milli Qvardiyasının şəhərə yeridilməsinə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.

Məqalədə bildirilib ki, şəhərin tanınmış və nüfuzlu şəxslərindən ibarət geniş bir qrup bir neçə həftə ərzində pərdəarxası görüşlər keçirərək ABŞ Prezidenti Donald Trampın Nyu-Yorka Milli Qvardiya əsgərləri və ya federal agentlər göndərmək ehtimalını planlaşdırıblar.

Nəşr qeyd edib ki, Nyu-York ştatının qubernatoru Keti Hokul Zohran Mamdaninin şəhər meri seçilməsinə cavab olaraq Amerika liderinin mümkün hərəkətlərindən narahat olaraq virtual hərbi otaq yaradıb. O burada hüquq-mühafizə orqanlarının nümayəndələri, məmurlar, iş adamları və aparıcı fəallarla bir sıra danışıqlar aparıb. Hokul bu yolla federal müdaxiləni dayandırmaq və ya heç olmasa, onun təsirini azaltmaq istəyir.

 


SON XƏBƏRLƏR

08 Noyabr 2025