Filippində "Fung-Vong" adlı supertayfunun səbəb olduğu daşqınlar nəticəsində azı 2 nəfər həlak olub, 1 milyondan çox insan təxliyə edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "ABS-CBN News" telekanalı məlumat yayıb.
Meteoroloqlar Filippinin, demək olar ki, bütün ərazisində güclü külək və leysan yağışlar proqnozlaşdırırlar. Küləyin sürətinin saniyədə 51 metrə, fasilələrlə 64 metrə qədər yüksələcəyi gözlənilir. Hava şəraiti ilə əlaqədar ölkədə 300-dən çox daxili və beynəlxalq reys ləğv edilib.
Filippin Mülki Müdafiə İdarəsi daha əvvəl bildirib ki, "Kalmaegi" qasırğasının mərkəzi bölgəyə zərbəsi nəticəsində ölənlərin sayı 224 nəfərə çatıb, 109 nəfər itkin düşmüş sayılır. Ümumilikdə 526 nəfər xəsarət alıb, yüz minlərlə insan evlərini tərk etməyə məcbur olub. Filippin Prezidenti kiçik Ferdinand Markos ölkədə fövqəladə vəziyyət rejimi elan edib.
Bakı 



