• Bakı 12° C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Siyarto: Rusiya–ABŞ sammiti Ukrayna üzrə razılaşma əldə olunacağı təqdirdə keçiriləcək

DÜNYA

09 Noyabr 2025 | 21:08

Siyarto: Rusiya–ABŞ sammiti Ukrayna üzrə razılaşma əldə olunacağı təqdirdə keçiriləcək

Rusiya və ABŞ arasında sammit Budapeştdə yalnız Ukraynadakı münaqişənin həlli ilə bağlı razılaşma əldə olunacağı təqdirdə baş tutacaq.

Bakıvaxtı.az
xəbər verir ki, bu fikri Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Kossuth radiostansiyasına verdiyi müsahibədə səsləndirib.

Nazirin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp sülh təşəbbüslərini davam etdirmək niyyətindədir.

“Əgər hər hansı razılaşma əldə olunarsa və bu, artıq üç il yarımdır qonşuluğumuzda davam edən müharibənin başa çatmasına gətirib çıxararsa, sammit keçiriləcək,” – deyə Siyarto bildirib.


SON XƏBƏRLƏR