“Mənim ətrafımda qeyri-qanuni diplomu olan kifayət qədər adam var”.
Bakıvaxtı.az xəbər verir ki, bunu media üçün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, bu halların qarşısının alınması üçün ictimai qınaq vacibdir:
“Təəssüf ki, bizim cəmiyyətdə qeyri-qanuni yolla diplom almaq fərasət hesab edilir. Əgər insanlar kimin isə diplomu qeyri-qanuni yolla əldə etdiyini bilsə, ona normal münasibət göstərməyəcək”.
Mina Mikayılova