• Bakı 22° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Qəbələdə ağır qəza - ölən var

HADİSƏ

11 Sentyabr 2025 | 09:16

Qəbələdə ağır qəza - ölən var

Qəbələ rayonunun Zarağan kəndi ərazisində yol-nəqliyyat qəzası baş verib, vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

    Qeyd edilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib, sürücü və sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

    Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1989-cu il təvəllüdlü Səmədov Elşən Əli oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Həmçinin, xilasedicilər şəxsiyyəti məlum olmayan sərnişinin meyitini çıxaraq aidiyyəti üzrə təhvil veriblər.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    09 Sentyabr 2026