Cari tədris ilində 226 min uşağın məktəbəqədər təhsilə cəlb olunacağı gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, bunu media üçün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazirin sözlərinə görə, tərbiyəçilərin sertifikatlaşdırılması istiqamətində qaydalar hazırlanaraq təsdiqlənib.
“Bu qaydalar 2026-cı ildən etibarən tətbiq olunacaq”, – deyə Emin Əmrullayev vurğulayıb.
Mina Mikayılova