• Bakı 24° C

    15.14 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.0295

ABŞ səfirliyi 11 sentyabr terror aktının ildönümündə faciə qurbanlarını yad edib

SİYASƏT

11 Sentyabr 2025 | 10:25

ABŞ səfirliyi 11 sentyabr terror aktının ildönümündə faciə qurbanlarını yad edib

ABŞ-nin Azərbaycandakı səfirliyi 2001-ci il sentyabrın 11-də ölkədə baş vermiş terror aktı zamanı həlak olanların xatirəsini yad edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında yazılıb.

"Faciənin ilk anlarından köməyə tələsən xilasedicilərin, hərbi qulluqçuların və mülki şəxslərin nümayiş etdirdiyi misilsiz qəhrəmanlığı minnətdarlıqla yad edirik. Gəlin, bu ağır günlərin ardından xalqımızı bir araya gətirən birliyi, dözümlülüyü daim qəlbimizdə yaşadaq", - paylaşımda vurğulanıb.

Qeyd edək ki, 11 sentyabr hücumları "Əl-Qaidə" terror təşkilatı tərəfindən 2001-ci ildə ABŞ-nin Nyu-York və Vaşinqton şəhərlərində həyata keçirilmiş silsilə terror aktıdır.

 

 


SON XƏBƏRLƏR

10 Sentyabr 2025