Almaniyanın "Borussiya" (Münhenqladbax) klubunun yarımmüdafiəçisi Yens Kastrop vətəndaşlığını dəyişərək Cənubi Koreya yığmasında oynamağa qərar verib.
Bakıvaxtı.az FIFA-nın saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu Düsseldorf şəhərində anadan olub, atası alman, anası isə cənubi koreyalıdır.
O, daha əvvəl Almaniyanın gənclərdən ibarət yığmasında 4 oyun keçirib. Bu yay "Borussiya" ilə müqavilə imzalayan futbolçu əvvəllər "Nürnberq" və "Köln" klublarında çıxış edib.
Qeyd edək ki, Cənubi Koreya millisi 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.