Azərbaycanda eşitmə məhdudiyyətli karateçilərin təlim-məşq toplanışı keçirilib.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən bildirilib.
XXV Yay Deflimpiya Oyunlarına hazırlığı məqsədi ilə Qusarda keçirilən təlim-məşq toplanışına yekun vurulub. Baş məşqçi Seymur Xudaverdiyevin rəhbərliyi altında təşkil edilən hazırlıq prosesinə 10 idmançı cəlb edilib.
Təlimlərin əsas məqsədi noyabrın 15–26-sı aralığında Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Deflimpiya Oyunlarına yüksək səviyyədə hazırlığı təmin etməkdir.
Qeyd edək ki, sentyabrın 4-dən start götürən toplanışda əsas diqqət idmançıların fiziki hazırlığının artırılması, texniki və taktiki hazırlığının inkişaf etdirilməsinə yönəldilib.