• Bakı 21° C

    16.05 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

Əfsanəvi futbolçunun oğlu Azərbaycan klubunda

İDMAN

11 Sentyabr 2025 | 16:12

Əfsanəvi futbolçunun oğlu Azərbaycan klubunda

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Bakıvaxtı.az xəbər verir ki, gənc futbolçu Aaron Maluda Fransanın “Lill” klubundan bir illik icarəyə götürülüb.

Maluda Fransanın “Olimpik” (Lion) klubunun yetirməsidir. 19 yaşlı futbolçu karyerası ərzində “Lill”, “Renn” və “Nim” klublarının ikinci və əsas komandalarında oynayıb.

Qeyd edək ki, vinger Fransanın U-19 millisinin də üzvü olub.

Aaron Maluda Fransa millisinin və İngiltərənin “Çelsi” klubunun əfsanəsi Floran Maludanın oğludur.


SON XƏBƏRLƏR