• Bakı C

    15.2 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Gürcüstan Prezidenti Bakıda müzakirə etdiyi məsələləri açıqlayıb

SİYASƏT

15 Aprel 2025 | 21:22

Gürcüstan Prezidenti Bakıda müzakirə etdiyi məsələləri açıqlayıb

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycana ilk rəsmi səfəri çərçivəsində Baş nazir Əli Əsədovla görüşü zamanı müzakirə etdiyi məsələləri açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Kavelaşvili görüş zamanı X platformasında paylaşımında qeyd edib ki, məhsuldar keçən görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin əsas istiqamətləri, regional layihələr, bölgədə sülh və sabitliyin təmin olunmasına dair müzakirələr aparılıb.

    “Biz ölkələrimizin strateji tərəfdaşlığının əsas istiqamətlərini və çoxtərəfli formatlar da daxil olmaqla müxtəlif sahələrdə uğurlu əməkdaşlığı müzakirə etdik, birgə regional layihələrin inkişaf etdirilməsi və ticari-iqtisadi əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğuladıq. Həmçinin regionda sülh və sabitliyin kritik rolunu qeyd etdim və Azərbaycana Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaq dəstəyinə görə minnətdarlığımı bildirdim”, - Kavelaşvili qeyd edib./apa


    SON XƏBƏRLƏR

    15 Aprel 2025