• Bakı 16° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 1.9026

    RUB - 2.1146

Rey Kərimoğlu erməniəsilli şəxslərin məhkəməsində İFADƏ VERDİ

SİYASƏT

15 May 2025 | 14:47

Rey Kərimoğlu erməniəsilli şəxslərin məhkəməsində İFADƏ VERDİ

Mayın 15-də Bakı Hərbi Məhkəməsində keçirilən hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesində Qarabağ qazisi Rey Kərimoğlu zərərçəkmiş şəxs qismində ifadə verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qarabağ qazisi özü məlumat verib.

Rey Kərimoğlunun sözlərinə görə, o, təxminən 40 dəqiqə çəkən prosesdə erməniəsilli şəxslərin vəkillərinin, dövlət ittihamçılarının və hakimin suallarını cavablandırıb.

Daha sonra ifadə zamanı İşxanyan Davit Rubeni və Babayan Davit Kliminin Qarabağ qazisinə sual verməsinə şərait yaradılıb və Rey Kərimoğlu tərəfindən cavablandırılıb.

Qeyd edək ki, hazırda məhkəmə prosesi davam edir.


SON XƏBƏRLƏR