• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Vilayət Eyvazov Gürcüstanın daxili işlər naziri ilə görüşdü

SİYASƏT

13 Iyun 2025 | 18:19 | Müəllif: Subhan Mahmudov

Vilayət Eyvazov Gürcüstanın daxili işlər naziri ilə görüşdü

Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri Gela Geladze ölkəmizə rəsmi səfərə gəlib.

DİN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumta görə, Gela Geladze və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar.

Vilayət Eyvazov Gela Geladzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə Gela Geladzeni təbrik edərək bu səfərin əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib. 

Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın, xüsusilə də transmilli cinayətkarlığın bütün növləri ilə, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində birgə əlaqələrin, təcrübə və informasiya mübadiləsinin və yaradılmış normativ-hüquqi bazanın ilk növbədə dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyi nəzərə çatdırılıb.

 


Vilayət Eyvazov Gürcüstanın daxili işlər naziri ilə görüşdüVilayət Eyvazov Gürcüstanın daxili işlər naziri ilə görüşdü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026