• Bakı 26° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Yeni dinamikalar: Azərbaycan və Suriya arasında strateji yoldaşlıq

SİYASƏT

13 Iyul 2025 | 17:07

Yeni dinamikalar: Azərbaycan və Suriya arasında strateji yoldaşlıq

Azərbaycan və Suriya arasındakı əlaqələr, son illərdə regional və beynəlxalq səviyyədə müxtəlif dinamikalarla inkişaf etməkdədir.

12 iyulda Suriya Keçid Dövrü Prezidenti Əhməd Əl-Şəaraanının Azərbaycana etdiyi işgüzar səfər bu əlaqələrin yeni mərhələyə qədəm qoymasına səbəb olmuşdur. Bu səfər, yalnız siyasi dialoqun gücləndirilməsi ilə məhdudlaşmır, eyni zamanda enerji, iqtisadiyyat, infrastruktur və digər sahələrdə konkret əməkdaşlıq imkanları yaradır. Azərbaycan-Suriya münasibətləri, xüsusən də enerji sahəsindəki əməkdaşlıqla önəm qazanır. Azərbaycanın bu sahədəki zəngin təcrübəsi, Suriyanın post-münaqişə dövründə bərpa olunmasında mühüm rol oynaya bilər. Azərbaycanın neytral xarici siyasəti və qarşılıqlı hörmətə əsaslanan diplomatiyası, bu əməkdaşlıqda mühüm bir katalizator kimi çıxış edir. 

Milli Məclisin deputatı Fatma Yıldırım Bakıvaxtı.az-a bildirib ki, Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl-Şəaraanının 12 iyulda ölkəmizə etdiyi işgüzar səfəri ilə bağlı açıqlama verərək bildirib ki, bu səfər Azərbaycan-Suriya münasibətlərində yeni bir səhifənin açılmasına zəmin yaradır və strateji əməkdaşlıq üçün real imkanlar formalaşdırır. Deputat vurğulayıb ki, bu səfər təkcə iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi deyil, eyni zamanda enerji, iqtisadiyyat, infrastruktur və digər sahələrdə qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli əməkdaşlığın qurulması baxımından da əhəmiyyətlidir.

Deputat bildirib ki, Əhməd Əl-Şəaraanının Bakıya səfəri Azərbaycan Respublikasının Yaxın Şərq siyasətində prinsipial və balanslı yanaşmasının bariz nümunəsidir. Bu səfər, həmçinin Suriyanın post-münaqişə dövründə bərpasına beynəlxalq səviyyədə dəstəyin genişləndirilməsi baxımından önəmli addımdır. Azərbaycan bu prosesdə təkcə donor və ya investor ölkə kimi yox, həm də sivil, humanitar və strateji tərəfdaş kimi çıxış edir”.

Parlamentarinin fikrincə, Azərbaycanın enerji sahəsindəki zəngin təcrübəsi və regional liderliyi Suriyanın enerji sektorunun yenidən qurulması üçün mühüm resurs ola bilər. Fatma Yıldırım qeyd edib:

“Azərbaycan uzun illərdir ki, neft və qaz sahəsində həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. Əgər bu gün Suriyada enerji ehtiyatlarının təhlükəsiz və effektiv şəkildə istismarı məsələsi gündəmdədirsə, burada SOCAR-ın iştirakı məntiqli və etibarlı seçim kimi çıxış edir”.

Deputat vurğulayıb ki, bu əməkdaşlıq təkcə iqtisadi xarakter daşımır, həm də mühüm humanitar və strateji komponentlərə malikdir:

“Bu proses Azərbaycanın regionda sülhün və sabitliyin təmin olunmasına verdiyi töhfənin davamı kimi də qiymətləndirilməlidir. Azərbaycan Suriyanın bərpasında iştirak etməklə yalnız iqtisadi layihələrə imza atmır, eyni zamanda post-münaqişə dövründə həyatın normallaşmasına, insanların rifahının yüksəlməsinə dəstək göstərir”.

Fatma Yıldırım, Milli Məclisin deputatı

Fatma Yıldırım qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və beynəlxalq hüquqa əsaslanır:

“Bu prinsipial siyasət Azərbaycanı regionda sabitlik, əməkdaşlıq və etimad platformasına çevirib. Biz heç bir tərəfi narahat etmədən, neytral və balanslı siyasət yürüdərək, tərəfdaşlığa və dialoqa üstünlük veririk”.

Milli Məclis üzvü onu da əlavə edib ki, Azərbaycan-Suriya əməkdaşlığı yalnız enerji ilə məhdudlaşmamalıdır:

“Tikinti, infrastruktur, kənd təsərrüfatı, təhsil və humanitar sahələrdə də geniş əməkdaşlıq imkanları mövcuddur. Azərbaycan bu sahələrdə də öz təcrübəsini bölüşməyə, Suriyanın inkişafına və bərpasına dəstək verməyə hazırdır”.

Sonda deputat Fatma Yıldırım qeyd edib ki, Əhməd Əl-Şəaraanının Bakıya səfəri Azərbaycan Respublikasının prinsipial, dostluğa və qarşılıqlı etimada əsaslanan xarici siyasətinin növbəti uğurlu nəticəsidir və bu, gələcəkdə daha sıx və çoxşaxəli Azərbaycan-Suriya əməkdaşlığı üçün əsaslı təməl rolunu oynayacaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR

13 Iyul 2025
12 Iyul 2025