• Bakı 19° C

    13.6 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi

SİYASƏT

14 Iyun 2025 | 13:30

Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi

Rusiyanın Azərbaycandakı səfirliyi Rusiya vətəndaşlarının İrandan quru yolu ilə təxliyəsinə göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib. 

Bakıvaxtı.az xənər verir ki, səfirlikdən verilən məlumata görə, Rusiyanın xalq artisti, rejissor Fyodor Bondarçuk və onun çəkiliş artıq İran-Azərbaycan sərhədini keçib. 

    “Rusiya vətəndaşlarının təxliyəsi üçün nəqliyyat ayırdığına, daha sonra onların hotellərdə yerləşdirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edirik”, - deyə səfirlikdən deyilib. 

    Qeyd edək ki, İsrailin İrana hava hücumları ilə əlaqədar bəzi xarici dövlətlər İranda olan vətəndaşlarının təxliyə olunaraq, Azərbaycan ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi üçün Azərbaycan hökumətinə müraciət edib.

    Bu gün səhərdən artıq bir qrup xarici vətəndaş Astara gömrük-buraxılış məntəqəsindən Azərbaycana keçməyə başlayıb.


    SON XƏBƏRLƏR

    14 Iyun 2025