• Bakı 26° C

    6.82 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Hikmət Hacıyevdən agent iddialarına CAVAB

SİYASƏT

13 Iyun 2025 | 19:57

Hikmət Hacıyevdən agent iddialarına CAVAB

Son günlər bəzi media qurumlarında və sosial media platformalarında Azərbaycanla bağlı tamamilə əsassız və uydurma məlumatlar yayılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.

“Son zamanlar bəzi media və sosial media hesablarında tamamilə əsassız və uydurma iddialar yayılıb ki, guya Azərbaycan etnik azərbaycanlıları agent kimi cəlb edib və onları İsrail adından İrana yerləşdirir. Bu cür absurd və fantaziyaya əsaslanan iddiaların reallıqla heç bir əlaqəsi yoxdur və qəsdən dezinformasiyadan başqa bir şey deyil. Bu cür saxta xəbərləri və əsassız ittihamları qəti şəkildə rədd edirik”, - deyə Hikmət Hacıyev qeyd edib.


SON XƏBƏRLƏR

13 Iyun 2025