• Bakı 15° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.9026

    RUB - 2.1146

İlham Əliyev Azərbaycan Ordusunun fəaliyyətindən razıdır - Zakir Həsənov

SİYASƏT

15 May 2025 | 15:21

İlham Əliyev Azərbaycan Ordusunun fəaliyyətindən razıdır - Zakir Həsənov

Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov videobağlantı formatında qərargahların məruzələrini dinləyib.

Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun fəaliyyətindən razılığını bildirib və Ordu qarşısında qoyulan tapşırıqları çatdırıb.

Qeyd olunub ki, real döyüş şəraitində müasir döyüş təcrübəsinə uyğun keçirilən komanda-qərargah məşqinin məqsədi bölmələrin manevr imkanlarını nəzərə almaqla hərbi qərar qəbuletmə prosesinin daha da təkmilləşdirilməsi, eləcə də müdafiə və əks-hücum əməliyyatlarının aparılması məsələlərinin məşq etdirilməsidir.


SON XƏBƏRLƏR