• Bakı 28° C

    7.33 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Siyyarto: Ukrayna NATO üçün təhlükəlidir

SİYASƏT

15 May 2025 | 17:16

Siyyarto: Ukrayna NATO üçün təhlükəlidir

"Ukrayna NATO üçün təhlükə yaradır, çünki onun ərazisində davam edən silahlı münaqişə genişlənərək alyansla Rusiya arasında birbaşa toqquşmaya səbəb ola bilər". 

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu fikri Antalyada NATO ölkələrindən olan həmkarları ilə qeyri-rəsmi görüşdə iştirak edən Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Piter Siyyarto deyib.

Onun sözlərinə görə, NATO və Rusiya Ukraynaya görə birbaşa qarşıdurmaya girərsə, bu, üçüncü dünya müharibəsinin başlanması demək olacaq.

O, bununla bağlı NATO ölkələrini qırmızı xətlərini gücləndirməyə, yəni Rusiya ilə qarşıdurmadan qaçacaq tədbirlər görməyə çağırıb:

"NATO və Rusiyanın bir-biri ilə birbaşa münaqişəyə girməsi qəbuledilməzdir. NATO öz üzv ölkələrinin birgə müdafiəsini həyata keçirməli olan müdafiə ittifaqıdır. Ukraynanın müdafiəsi Şimali Atlantika Alyansının müdafiəsi deyil", - Sijarto vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

30 Iyun 2025