• Bakı C

    15.2 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

"Uçan taksi"nin sürücüsü ilə bağlı TƏBİB-dən VACİB AÇIQLAMA

CƏMİYYƏT

15 Aprel 2025 | 14:04

Uçan taksinin sürücüsü ilə bağlı TƏBİB-dən VACİB AÇIQLAMA

Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə aprelin 10-da saat 15:10 radələrində Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan 1974-cü il təvəllüdlü şəxs öz istəyilə tibb müəssisəsindən buraxılıb.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, aparılan ətraflı instrumental müayinələr nəticəsində sol dizin kəsilmiş yarası, sağ qamış sümüyünün kondiluslardan keçən açıq yerdəyişmiş sınığı, sol bud sümüyünün kondilusunun yerdəyişmiş sınığı, döş qəfəsinin əzilməsi diaqnozları təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib.

Pasiyent müalicəsinin davam etdirilməsi üçün özəl tibb müəssisəsinə müraciət edəcəyini bildirib və öz istəyilə tibb müəssisəsindən buraxılıb.

Qeyd edək ki, aprelin 10-da Nəcəfov Anar Şahmar oğlu idarə etdiyi "BYD" markalı 77-UY-524 dövlət qeydiyyat nişanlı avtomobillə Ələsgər Qayıbov küçəsi ilə hərəkətdə olan zaman idarəetməni itirərək körpüdən aşıb və hərəkətdə olan 99-JN-288 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində iki avtomobilə maddi ziyan dəyib və "BYD" markalı avtomobilin sürücüsü Anar Nəcəfov xəsarət alıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

15 Aprel 2025