Türk Dünyası Araşdırmalar Vəqfi – Bakı Atatürk Liseyinin sabir direkor Hüseyin Dəmirəl vəfat edib.
Bu barədə Bakıvaxtı.az-a onun yaxınları məlumat verib.
Hüseyn Dəmirəl müalicə aldığı xəstəxanada dünyasını dəyişib Onun ağciyər çatışmazlığından vəfat etdiyi deyilir.
Qeyd edək ki, uzun illər Bakı Atatürk Liseyində müəllim kimi çalışan H.Dəmirəl adıçəkilən liseyin direktoru da olub.
Allah rəhmət eləsin.
Əli Hüseynov