Fransa, Əlcəzairin atdığı eyni addıma cavab olaraq, bu ölkənin 12 diplomatik və konsulluq işçisini ölkəsindən çıxarma qərarı verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "France 24" məlumat yayıb.
Qeyd edək ki, bundan öncə, Parisdə, müxalifət lideri Amir Buxorsun oğurlanmasında şübhəli bilinən Əlcəzair konsulluğu əməkdaşının saxlanılmasına görə, Əlcəzair 12 fransız diplomatı ölkəsindən çıxarıb.