• Bakı C

    15.2 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

ŞOK ƏMƏLİYYAT: 13 milyardlıq mülk müsadirə edildi - FOTO

DÜNYA

15 Aprel 2025 | 14:20

ŞOK ƏMƏLİYYAT: 13 milyardlıq mülk müsadirə edildi - FOTO

Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya canlı yayımda beynəlxalq cinayət təşkilatlarına qarşı böyük əməliyyat keçirildiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, "Orkinos-BULUT" adı verilən əməliyyat zamanı "10-u qırmızı bülletenlə axtarışda olan 234 adamın nəzarətə alındığını açıqlanıb.

"13 milyard lirəlik mal-mülk ələ keçirilib. 5 ölkədə narkotik tacirlərinə ağır zərbə vurduq",-deyə nazir açıqlamasında bildirib. 

Cinayətkar təşkilatın 9-u xaricdə, 225-i Türkiyədə olmaqla 234 nəfər saxlanılıb.

Şübhəlilərin 681-i daşınmaz əmlak, 127-si nəqliyyat vasitəsi, 113 şirkətdəki ortaqlıq payları və bank hesabları da daxil olmaqla, təxminən 13 milyard lirə dəyərində aktivləri müsadirə edilib.

Ali Yerlikaya bildirib ki, bu əməliyyat üçün 8 aydır hazırlıq gedir. 

Sözügedən əməliyyatın görüntülərini təqdim edirik.


SON XƏBƏRLƏR

15 Aprel 2025