• Bakı 25° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Kürdən dördüncü cəsəd çıxarıldı

DÜNYA

15 May 2025 | 11:57

Kürdən dördüncü cəsəd çıxarıldı

Tbilisidə Kür çayının suyunun azaldılmasından sonra aparılan axtarışlar nəticəsində daha bir naməlum meyit aşkarlanıb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, məlumatı Fövqəladə Halların İdarəetməsi Xİdməti yayıb.

Bildirilib ki, axtarışlar nəticəsində mayın 14-də baş vermiş avtomobil qəzası ilə əlaqəli olmayan daha bir meyit aşkarlanıb. Xilasedicilər çaya düşmüş avtomobilin 2 sərnişinin meyitlərini də tapıblar. Qeyd edək ki, xilasedicilər ötən gün axtarışlar zamanı Ortaçala SES yaxınlığında naməlum qadın meyiti aşkarlayıblar. Tibbi ekspertiza nəticəsində onun Qardabani rayonunun Kosalı kəndindən olan 21 yaşlı Aytac Məmmədovanın olduğu məlum olub.

Avtomobil qəzası nəticəsində itkin düşmüş daha bir şəxsin axtarışları davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026