Ukraynadan Türkiyəyə gedən mikroavtobusun iki sürücüsü Bolqarıstan-Türkiyə sərhədində – Kaptan Andreevo gömrük-keçid məntəqəsində saxlanılıb.
Bakıvaxtı.az bu barədə yerli mediaya istinadla xəbər verir.
Məlumata görə, onların gövdələrinə və şalvarlarının altına gizlətdikləri ümumilikdə 4 kilo 592 qram qaçaq qızıl aşkarlanıb.
Gömrük yoxlaması zamanı sürücülərin biri 3 kilo 680 qram, digəri isə 912 qram qızıl zinət əşyası daşıyırmış. Qaçaqçılıqla bağlı araşdırma başladılıb.
Nuriyyə Musayeva