• Bakı 15° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.9026

    RUB - 2.1146

Tramp Putinin İstanbula gəlməməsinin əsas səbəbini açıqlayıb

DÜNYA

15 May 2025 | 11:46

Tramp Putinin İstanbula gəlməməsinin əsas səbəbini açıqlayıb

Ağ Ev rəhbəri Donald Tramp özünü Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə İstanbul danışıqlarında iştirakdan imtina etməsinin əsas səbəbi adlandırıb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, D.Tramp bunu Dohada Qətərin biznes dairələri ilə danışıqlar zamanı bildirib.

"Əgər mən orada yoxamsa, o niyə getsin? Mən lap əvvəldən Putinin mənim iştirakım olmadan danışıqlarda iştirak edəcəyinə şübhə edirdim", - Tramp qeyd edib.

O, həmçinin bildirib ki, əgər lazım gələrsə, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda iştirak etmək üçün mayın 16-da İstanbula gəlməyə hazırdır.


SON XƏBƏRLƏR