• Bakı C

    16.24 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Azərbaycanın informasiya və rabitə sektorunda orta maaş 16 %-ə yaxın artıb

CƏMİYYƏT

15 Aprel 2025 | 14:19

Azərbaycanın informasiya və rabitə sektorunda orta maaş 16 %-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 897 manat təşkil edib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 568 manat, özəl sektorda isə 2 144 manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 15,7 %, o cümlədən dövlət sektorunda 14,2 %, özəl sektorda isə 16,2 % artıb.

Martın 1-nə sektorda muzdla çalışan işçilərin sayı 33,7 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 3,4 % çoxdur.


SON XƏBƏRLƏR

15 Aprel 2025