• Bakı 15° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 1.9026

    RUB - 2.1146

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 10 %-ə yaxın artıb

CƏMİYYƏT

15 May 2025 | 14:05

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 10 %-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyon 179 min 500 sərnişin daşınıb.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 103,7 min sərnişin və ya 9,6 % çoxdur.

Hesabat dövründə hava yolu ilə daşımaların 99,9 %-i dövlət, 0,1 %-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Bu ilin yanvar-aprel aylarında bu nəqliyyat növü ilə yükdaşıma 2 % və ya 2,6 min ton artaraq 130,1 min ton olub.

Qeyd edək ki, 2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən daşınan yüklərin həcmi 76,1 milyon ton olub. Yüklərin 0,2 %-i hava yolu ilə danışıb.


SON XƏBƏRLƏR