Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə "Son zəng" mərasimi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə iştirak edən qonaqlar məzunları təbrik edib. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
“Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam edib.