Bu gün Bakıda dəhşətli intihar hadisəsi olub.
Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, Binəqədi rayonu Biləcəri qəsəbəsində 18 yaşlı Nihad Rəşad oğlu Məmmədli yaşadığı evdə atasına məxsus odlu silahla başından atəş açaraq, özünü öldürüb.
Mərhumun Azərbaycan Texniki Universitetinin tələbəsi olduğu məlum olub. O, sözügedən universitetin İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 1-ci kursunda təhsil alırdı.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.