• Bakı 16° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 1.9026

    RUB - 2.1146

Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı

HADİSƏ

15 May 2025 | 12:15

Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq direktoru Vüqar Səfərli ilə birgə məhkum edilmiş “Portos” MMC-nin direktoru Nadir Məmmədov vaxtından əvvəl azadlığa buraxılıb.

Bakıvaxtı.az “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yerli məhkəmə məhkumun xəstəliyi ilə bağlı belə qərar qəbul edib.

Qərara əsasən, onun qalan 1 il 2 aylıq həbs cəzası şərti hesab edilib, cəzaçəkmə müəsisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, Vüqar Səfərli və Nadir Məmmədov 2021-ci ilin yanvarında həbs edilib. Vəzifə cinayətlərində təqsirli bilinən V.Səfərli yekun olaraq 10 il 6 ay, N.Məmmədov 5 il 6 ay azadlıqdan məhrum edilib. Bu iş üzrə yalnız adları çəkilən şəxslər həbslə cəzalandırılıb, digərlərinə şərti cəza verilib.


SON XƏBƏRLƏR