• Bakı 25° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Evə girib 20 minlik qızıl oğurladı

HADİSƏ

13 Iyun 2025 | 14:22

Evə girib 20 minlik qızıl oğurladı

9-12 iyun tarixlərində Abşeron rayonunun Saray qəsəbəsində yerləşən “Saray MTK” yaşayış kompleksindəki mənzillərin birindən 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə 13-cü mərtəbədə yerləşən mənzildə qeydə alınıb.

Polis tərəfindən keçirilən tədbirlərlə oğurluğun qonşu tərəfindən törədildiyi müəyyən olunub və o saxlanılıb.

Məlum olub ki, 32 yaşlı Teymur Əliyev həmin mənzilə balkon vasitəsilə daxil olaraq oğurluq edib və hadisə yerindən izi itirməyə çalışıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

13 Iyun 2025