Tovuzda “Mercedes” markalı minik maşını yanıb.
Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə rayonun Kirən kəndində baş verib.
Belə ki, idarə olunan “Mercedes” markalı 77 CC 067 dövlət nömrə nişanlı avtomobilin “qluşitel”ində yaranan istilik maşının kapron hissələrini əritməyə başlayıb.
Nəticədə minik avtomobili yanmağa başlayıb.
Faktla bağlı araşdırma başlanıb.