• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı - ölən var - YENİLƏNİB

HADİSƏ

12 Avqust 2025 | 10:11

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı - ölən var - YENİLƏNİB

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi nəticəsində ölən sürücünün kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, Kəlbəcərdə yük maşınının dərəyə aşması nəticəsində aldığı xəsarətdən ölən sürücü, 1967-ci il təvəllüdlü Söhrab Süleymanovdur.

Faktla bağlı araşdırma aparılır.

***

09:12

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qılıncı kəndində qeydə alınıb.

Yük avtomobilinin dərəyə aşması nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Onun kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026