• Bakı 27° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9842

    RUB - 2.1251

Əkin sahələrinin yandırılmasına görə iki nəfər saxlanıldı

HADİSƏ

12 Avqust 2025 | 09:12

Əkin sahələrinin yandırılmasına görə iki nəfər saxlanıldı

Şabran rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrinin qəsdən yandırılması ilə bağlı iki nəfər müəyyən olunaraq saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğının rayon sakinləri Ağaməmməd Heydərov və Abdulla Abdullayev tərəfindən törədildiyi məlum olub. Onlar biçilmiş əkin sahələrini yandırdığına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.

Saxlanılan hər iki şəxs məsuliyyətə cəlb olunub.


SON XƏBƏRLƏR

11 Avqust 2025