Bakıda yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçan yük avtomobilin sürücüsü məsuliyyətə cəlb edilib.
Bu barədə Bakıvaxtı.az Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis kapitanı Toğrul Nəsirli məlumat verib.
O bildirib ki, sosial şəbəkələrə yayılan görüntü araşdırılıb:
"Sentyabrın 9-daBinəqədi rayonu DSK yolu adlanan ərazidə İsuzu markalı, 77-GR-125 dqn nv-nin sürücüsü yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınıb. Qəza zamanı iki avtomobilə Maddi ziyan dəyib. Sürücü barəsində qanunamüvafiq tədbir görülüb".