• Bakı 18° C

    8.12 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Bakıya brilyant qaşların qanunsuz gətirilməsinin qarşısı alınıb

HADİSƏ

10 Oktyabr 2025 | 10:03

Bakıya brilyant qaşların qanunsuz gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində brilyant qaşların qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bakıvaxtı.az komitəyə istinadən xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn iki vətəndaşın əl yüklərinə baxış keçirilib. Yoxlama zamanı sərnişinlərdən birinə məxsus notbuk çantasındakı səsgücləndiricilərin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi ölçüsü 120,49 karat olan brilyant qaşlar, digər şəxsin çamadanından isə həmin qaşlar üçün sertifikatlar və sellofan paketlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR