• Bakı 17° C

    8.12 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

İsrail ordusunun Hebronda basqını: 3 fələstinli uşaq yaralandı

DÜNYA

10 Oktyabr 2025 | 09:20

İsrail ordusunun Hebronda basqını: 3 fələstinli uşaq yaralandı

İşğalçı İsrail ordusu İordan çayının qərb sahilindəki Hebron şəhərinə basqın edərək üç fələstinli uşağı yaralayıb.

Bakıvaxtı.az xəbər verir ki, WAFA agentliyinin məlumatına görə, İsrail əsgərləri tarixi əraziyə zorla daxil olmaq üçün bölgədə atəş açıb və gözyaşardıcı qazdan istifadə edib.

Yaralanan uşaqlar Hebron Dövlət Xəstəxanasına aparılıb. Basqın zamanı İsrail ordusu şəhərin Bab Zaviyə bölgəsini bağlayaraq, hərəkəti məhdudlaşdırıb.

İsrail ordusu eyni zamanda yəhudilərin Sukkot bayramı ərəfəsində Hebronda komendant saatı tətbiq edib və hərbi hazırlıq səviyyəsini yüksəldib.

Əli Hüseynov


SON XƏBƏRLƏR