• Bakı 18° C

    8.12 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Rusiyanın Ukraynada itkiləri 1 milyon 120 minə çatdı

DÜNYA

10 Oktyabr 2025 | 10:07

Rusiyanın Ukraynada itkiləri 1 milyon 120 minə çatdı

Rusiyanın Ukraynadakı döyüş itkilərinin sayı son sutka ərzində 1120 nəfər artıb.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, 24 fevral 2022-ci ildən 10 oktyabr 2025-ci ilədək Rusiya ordusunun ümumi itkiləri təxminən 1 milyon 120 min 510 nəfərə çatıb.

Ukrayna qüvvələri ötən gün ərzində əlavə olaraq 5 tank, 14 zirehli döyüş maşını və 13 artilleriya sistemini məhv edib.

Bundan başqa, Rusiya 254 pilotsuz uçuş aparatı və 70 yanacaq daşıyan maşın itirib.

Əli Hüseynov


SON XƏBƏRLƏR