• Bakı 16° C

    1.1 m/s

Sabirabadda "Niva" kanala aşdı: xəsarət alanlar var

HADİSƏ

12 Avqust 2025 | 09:14 | Müəllif: Qalib İbrahimoğlu

Sabirabadda "Niva" kanala aşdı: xəsarət alanlar var

Sabirabad rayonunda minik avtomobili kanala aşıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Moranlı kəndi ərazisində qeydə alınıb. Belə ki, “Niva” markalı avtomobil idarəetmədən çıxaraq kanala aşıb. Hadisə zamanı İsmayılzadə Ülvü Abuzər oğlu, Mirzəzadə Eyvaz Aslan oğlu və Mirzəzadə Nemət Sərdar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib və təcili təxirə salınmaz tibbi yardım göstərilərək həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026